"Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq" - Stankoviç

"Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq" - Stankoviç

"Neftçi"nin futbolçusu Voyislav Stankoviç klubun televiziyasına açıqlama verib.

mediasport.az xəvər verir ki, təcrübəli serbiyalı yeni transfer Höccət Haqverdi barədə fikirilərini bölüşüb.

O, Höccətin Azərbaycan millisinin də üzvü olduğuna diqqət çəkərək müdafiədə "Neftçi"yə çox kömək edəcəyini bildirib.

36 yaşlı müdafiəçi deyib ki, Höccət də Azər Salahlı kimi universaldır: "Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq".

Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən Stankoviç vəziyyətinin yaxşılığa doğru getdiyini söyləyib: "Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. "Sabah"la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm".