Avropa çempionatları tarixinin ən məhsuldar futbolçuları - ADLAR
Futbol üzrə Avropa çempionatları tarixində ən çox qol vuran və məhsuldar ötürmə edən futbolçuların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, hazırda Almaniyada davam edən 17-ci qitə birinciliyindən siyahıya yalnız finalçı İspaniyadan Dani Olmonun adı daxil edilib.
Əfsanəvi fransız Mişel Platini zirvədə qərarlaşıb (AÇ-1984, 5 oyun, qol + məhsuldar ötürmə = 10).
Antuan Qrizmann (Fransa) ikinci (AÇ-2016, 7 oyun, qol + məhsuldar ötürmə = 8), portuqaliyalı Kriştianu Ronaldu üçüncüdür (AÇ-2020, 4 oyun, qol + məhsuldar ötürmə = 6).
Çexiyalı Milan Baroş 4-cü (AÇ-2004, 5 oyun, qol + məhsuldar ötürmə = 6), niderlandlı Van Basten 5-ci (AÇ-1988, 5 oyun, qol + məhsuldar ötürmə = 6) olub.
Digər niderlandlı Uesli Sneyder (AÇ-2008, 3 oyun, qol + məhsuldar ötürmə = 5), ingiltərəli Ueyn Runi (AÇ-2004, 4 oyun, qol + məhsuldar ötürmə = 5), yuqoslaviyalılardan Savo Miloşeviç (AÇ-2000, 4 oyun qol + məhsuldar ötürmə = 5) və Lyubinko Druloviç (AÇ-2000, 4 oyun, qol + məhsuldar ötürmə = 5), ispaniyalı Dani Olmo (AÇ-2024, 5 oyun, qol + məhsuldar ötürmə = 5) 6-10-cu pillələri bölüşdürürlər.