Renat Dadaşov Türkiyə Superliqasında iki qol vurub
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunda ilk qollarını vurub.
Mediasport.az xəbər verir ki, 24 yaşlı forvard Superliqanın 8-ci turunun "Konyaspor"la görüşündə iki qol vurub, komandası 3:1 hesabı ilə qalib gəlib.
Müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus Renat 78-ci dəqiqədə əvəzlənib.
Hatay təmsilçisi bu nəticədən sonra 14 xalla 5-ci pillədə qərarlaşıb.