"Kəpəz"də gözlənilməz ayrılıq - FOTO

"Kəpəz"də gözlənilməz ayrılıq - FOTO

"Kəpəz"in kapitanı Yusif Nəbiyev Gəncə klubunu tərk edib.

mediasport.az xəbər verir ki, müdafiəçi gözlənilməz ayrılığını sosial şəbəkə hesabında paylaşmaqla bildirib.

26 yaşlı futbolçu "hər şeyə görə çox sağ olun" mesajını yazmaqla, komandası ilə vidalaşıb.

“Kəpəz” daha əvvəl Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmli və Fərid Nəbiyevlə yollarını ayırıb.