"Qarabağ"ın yeni transferi ötən il Bakıda olub: "Təəssüratlarım yaxşıdır"

"Qarabağ"ın yeni transferi ötən il Bakıda olub: "Təəssüratlarım yaxşıdır"

"Qarabağ"ın yeni transferi Adama Diakabi Peşəkar Futbol Liqasının yutub kanalına açıqlama verib.

mediasport.az xəbər verir ki, fransalı futbolçu Ağdam klubuna keçdiyi üçün məmnum olduğunu bildirib.

Yenidən futboldan zövq almaq istədiyini deyən Diakabi "Rakuv"la (Polşa) yoxlama oyununda debüt edib. O, "Qarabağ" haqqında məlumatlı olduğunu deyib: "Burada əvvəldən tanıdığım futbolçular var. Məsələn, Abdullah Zubiri qeyd edə bilərəm. Hamı "Qarabağ" barədə yalnız xoş sözlər danışır".

Təxminən 1 il əvvəl Bakıya gəldiyini xatırladan 27 yaşlı forvard həmin vaxt "Qarabağ"ın bazası və şəhər ilə tanış olub: "Komandanın bir çox oyunlarını izlədim. Fransa "Marsel"i, Yunanıstan "Olimpiakos"u ilə matçlara baxdım. Təəssüratlarım yaxşıdır".

Uzun müddət futbol oynamadığını söyləyən təcrübəli futbolçu əvvəlki formasını mümkün qədər tez bərpa etməyə çalışdığını vurğulayıb: "Məşqçilər heyəti ilə hər gün işləyirik. Addım-addım irəliləyirik".

Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.