Gənclər və idman naziri UNİCEF-in nümayəndəsini qəbul edib
Gənclər və idman naziri Fərid Qayıbov UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullahı qəbul edib.
Mediasport.az xəbər verir ki, nazir ona Azərbaycan və UNİCEF arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə ölkəmizlə UNİCEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Həmçinin, regionlarda gənclərin bacarıqlarının inkişafı üçün yeni proqramların təşkili barədə fikir mübadiləsi aparılıb.