FOTOLAR: Bakıda “İdman həftəsi” çərçivəsində idman paradı keçirilib

FOTOLAR: Bakıda “İdman həftəsi” çərçivəsində idman paradı keçirilib

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) təşkilatçılığı ilə idman paradı keçirilib.

İdarədən Mediasport.az saytına verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BŞGİİ-nin idman sektorunun müdiri Rəşad Əliyev çıxış edərək tədbir iştirakçılarını 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

12 rayonu təmsil edən gənclər paraddan keçiblər. Tədbirin rəsmi hissəsindən sonra müxtəlif idman növlərinin nümunəvi çıxışları nümayiş  olunub, ardınca gənclərin iştirakı ilə fləşmob baş tutub. 

Tədbir #Birkimibirlikdə şüarının səsləndirilməsi və göyərçin uçurdulması ilə başa çatdırılıb.