Millət vəkili Nigar Arpadarai AMADA-nın yeni sədri seçilib
“Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsdə rəhbər dəyişikliyi olub.
Bu barədə qurumun mətbuat xidmətindən Mediasport.az saytına məlumat verilib.
Məlumatı olduğu kimi təqdim edirik:
Oktyabrın 16-da “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda Millət vəkili Nigar Arpadarai şuranın sədri, hüquqşünas Samir Nuriyev isə sədr müavini seçiliblər. Həmçinin Agentliyin Nizamnaməsinin 4.4.2-ci bəndinə əsasən, Təhminə Pərviz qızı Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib.
Xatırladaq ki, cari ilin oktyabrın 9-da Şəfəq Hüseynli Agentliyin direktoru vəzifəsindən azad edilib.