"Liverpul" tarixində 10-cu dəfə Liqa Kubokunu qazanıb - VİDEO

"Liverpul" tarixində 10-cu dəfə Liqa Kubokunu qazanıb - VİDEO

Futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "Liverpul" tarixində 10-cu dəfə mükafata sahib çıxıb.

Yürgen Kloppun baş məşqçisi olduğu "mersisaydlılar" məşhur "Uembli" stadionunda baş tutan həlledici qarşılaşmada "Çelsi"ni məğlub ediblər.

Qələbə topunu əlavə vaxtda - 118-ci dəqiqədə Vircil Van Dayk vurub.

Liverpul klubu bunadək 1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012, 2022-ci illərdə kuboku qazanıb.

“Mançester Siti” 8, "Çelsi" 5 dəfə qalib olub.