"Fight for Honor XII": Alim Nəbiyev nokautla rəqibini məğlub edib

"Fight for Honor XII": Alim Nəbiyev nokautla rəqibini məğlub edib

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, o, "Fight for Honor XII" çərçivəsində qüvvəsini sınayıb.

30 yaşlı kikboksçu Belçikanın paytaxtı Brüsseldə təşkil olunan yarışda Yunanıstan idmançısı Kostas Makedoniadislə qarşılaşıb.

77 kq çəkidə mübarizə aparan Alim cütün taleyini birinci raundda həll edib. O, yunan rəqibinə nokautla qalib gəlib.