"Ötənilki uğuru təkrarlamaq çətin olacaq, var gücümüzlə çalışacağıq”
Sərbəst güləş üzrə milli komandamızın baş məşqçisi Xetaq Qazyumov Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatı öncəsi jurnalistlərin suallarını cavablandırıb.
mediasport.az xəbər verir ki, mütəxəssis qitə birinciliyinə paarılacaq güləşçilərin ideal formada olduqlarını deyib.
Qazyumov ona göstərilən etimadı doğrultmağa çalışacağını bildirib: “Heyətə layiq olan güləşçilər yığmaya çağırılıb. Onlar ən yaxşıdırlar. Güləşçilərimiz ötən il komanda hesabında qitə birinciliyində birinci yeri tutub. Bu il eyni uğuru təkrarlamaq çətin olacaq. Buna baxmayaraq, maksimum gücümüzlə mübarizə aparacağıq”.
AÇ aprelin 17-dən 23-dək keçiriləcək.