Finlandiya klubu "Qarabağ"la oyunlar üçün 24 futbolçu sifariş etdi - SİYAHI

Finlandiya klubu "Qarabağ"la oyunlar üçün 24 futbolçu sifariş etdi - SİYAHI

Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Finlandiyanın HİK komandası təmsilçimizlə duellər üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

mediasport.az xəbər verir ki, Helsinki klubu siyahıya 24 futbolçu salıb.

Baş məşqçi Toni Korkeakunnasın güvəndiyi kollektivdə oyunçulardan 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i hücumçudur.

Qapıçılar: 1. Yesse Öst, 85. Niki Mönpyö;

Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan;

Yarımmüdafiəçilər: 8. Filip Rogiç, 10. Lukas Linqman, 14. Matti Peltola, 18. Topi Keskinen, 19. Aleksi Paananen, 23. Pürü Soyri, 24. Georgios Kanellopulos, 34. Maksim Styopin, 56. Perparim Hetemay;

Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 11. Roope Riski, 29. Entoni Olusanya, 37. Atomu Tanaka;

"Qarabağ" HİK-ə qarşı ilk matçını avqustun 10-da Bakıda, cavab görüşünü bir həftə sonra Helsinkidə keçirəcək.