"Frayburq"un 3 əsas futbolçusu Bakıda meydana çıxmayacaq

"Frayburq"un 3 əsas futbolçusu Bakıda meydana çıxmayacaq

Sabah Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Frayburq" Bakıya tam heyətlə gəlməyəcək.

mediasport.az xəbər verir ki, Almaniya klubunun heyətində müdafiəçi Manuel Qulde və yarımmüdafiəçilər Merlin Röllə Conatan Şmid zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq.

Məlumatı mətbuat konfransında Frayburq təmsilçisinin baş məşqçi Kristian Ştrayx verib.