"Böyük beşlik"də ən çox oyunda qol buraxmayan klublar müəyyənləşib

"Böyük beşlik"də ən çox oyunda qol buraxmayan klublar müəyyənləşib

2023-cü ildə "Böyük beşlik" ölkələrinin çempionatlarında (İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransa) ən çox oyunda qol buraxmayan komandalar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, sıralamada ilk pilləni “Barselona” tutur.

Xavinin baş məşqçisi olduğu kollektiv geridə buraxdığımız ildə 22 görüşdə qol buraxmayıb.

Milan “İnter”i 21 matçla siyahıda ikincidir. İtaliya A Seriyasının digər təmsilçisi “Yuventus”un aktivində 20 belə duel var.

4-5-ci yerləri bölüşdürən "Real" (İspaniya) və "Nitsa" hərəyə 19 dəfə meydanı qol buraxmadan tərk ediblər.