Ovusu bütün rəqiblərini qabaqladı
"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Avropa Liqasının qrup mərhələsində qapıya ən çox dəqiq zərbə endirən oyunçudur.
mediasport.az xəbər verir ki, 25 yaşlı hücumçu 14 cəhdində 3 qolla yadda qalıb.
Ağdam təmsilçisindən müdafiəçi Bəhlul Mustafazadə isə ən çox top qazanan futbolçuların siyahısında yer alıb. O, "Monako"dan Aksel Disasi ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Hər iki oyunçu 43 dəfə top alıb.