GÖZLƏNİLƏN REALLAŞDI - Bu futbolçu "Qarabağ"ı tərk etdi

GÖZLƏNİLƏN REALLAŞDI - Bu futbolçu "Qarabağ"ı tərk etdi

2021-ci ilin yayından “Qarabağ”ın heyətində olan Qaspar Panadero Ağdam klubu ilə vidalaşıb.

Mediasport.az xəbər verir ki, 26 yaşlı ispaniyalı futbolçu məlumatı sosial şəbəkə hesabında paylaşıb.

Vinger paylaşımında kluba, məşqçi heyətinə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib:

Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl inanılmaz “Qarabağ” azarkeşləri, vida vaxtı gəldi. Müxtəlif şəraitləri nəzərə alsaq, bu, mənim çıxışım baxımından ən yaxşı dövr deyildi.

Mənim üçün çətin dövr idi. Daha çox oynamaq fürsət əldə etmək üçün hər şeyi etməyə çalışdım, amma bəzən futbol belə işləyir. Mən öz həqiqi səviyyəmi göstərmək istərdim. Sizə gələcəkdə uğurlar arzulayıram. Hər şey üçün təşəkkür edirəm!”.

Qeyd edək ki, "köhlən atlar"da özünü doğrulda və möhkəmlənə bilməyən cinah yarımmüdafiəçisi geridə qalan 2 ildən çox müddətdə əsas komandada cəmi 4 oyun keçirib.

Bu səbəbdən əvvəlcə əvəzedici heyətə göndərilib, daha sonra Kiprin AEK klubuna icarəyə verilmişdi.

Ona da vurğulayaq ki, Ağdam klubunun rəhbərliyi, eləcə də baş məşqçi Qurban Qurbanov Panadero ilə dəfələrlə yolları ayırmağa cəhd edib, lakin pireneyli yüksək təzminat tələb edərək təkliflə razılaşmayıb.