"Şamaxı"nın rəhbəri Avropa Klublar İttifaqının İdarə Heyətinin iclasında

 "Şamaxı"nın rəhbəri Avropa Klublar İttifaqının İdarə Heyətinin iclasında

"Şamaxı"nın İdarə heyətinin sədri Elçin Usub Avropa Klublar İttifaqının (Union of European Clubs, UEC) İdarə Heyətinin 2024-cü il üçün ilk iclasında iştirak edib.

Mediasport.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil edilən tədbirə qurumun 11 üzvü qatılıb.

Görüş UEC-nin Avropa futbol klublarının maraqlarını təmsil etmək və bütün qitədə əməkdaşlığı inkişaf etdirmək missiyası baxımından mühüm rol oynayıb.

İlk yığıncaq bir sıra mövzuları əhatə edib.

UEC 2024/2025 mövsümü üçün UEFA klub yarışlarının seçmə mərhələlərində iştirak edən 18 klub da daxil olmaqla, 25 müxtəlif milli assosiasiyadan 142 üzvü təmsil edir.

UEC-in futbol ictimaiyyətində nüfuzunu daha da artırmaq üçün yeni kommunikasiya strategiyası təqdim edilib.

Əsas maraqlı tərəflərlə əlaqələrin qurulmasında əhəmiyyətli irəliləyişlər vurğulanıb, bu əlaqələrin gələcəkdə daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Təşkilat təşəbbüslərini dəstəkləməkdə mühüm rol oynayan Aİ institutları ilə əlaqələrini saxlamaq və genişləndirmək üçün səylərini davam etdirir. Qurumun inkişafının ilk iki mövsümü üzrə maliyyə hesabatları da təqdim edilib və onun maliyyə sabitliyi haqqında ümumi məlumat verilib.

Strategiya işçi qrupları müzakirə edilib, Avropa futbolunun gələcəyi üçün aydın siyasətlərin yaradılması üçün növbəti addımlar və qərarların qəbulu prosesi ilə bağlı razılaşmalar olub. Proses bütün üzvləri şəffaf və əhatəli şəkildə cəlb etməklə, Avropa futbol klublarının müxtəlif maraqlarının təmsil olunmasını təmin edəcək.

İdarə Heyətinin ilk iclası ədalətli idarəçiliyi müdafiə etmək və Avropa futbol klublarının müxtəlif maraqlarını təmsil etmək üçün güclü öhdəlik nümayiş etdirərək, UEC üçün mühüm mərhələ olub.

UEC-in növbəti tədbiri, o cümlədən Baş Assambleya və İdarə Heyətinin iclası oktyabr ayına planlaşdırılıb.