Güləş üzrə milli komandalarımız AÇ-2024-də 13 medal qazanıblar
Rumıniyanın Buxarest şəhərində keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.
Mediasport.az xəbər verir ki, yarışda 25 idmançı ilə təmsil olunan Azərbaycan son gündə aktivinə daha 4 medal yazdırıb.
Sərbəst güləşçilərimizdən Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.
Beləliklə, yığmalarımızın qitə birinciliyində qazandığı medalların sayı 16-ya çatıb.
Qeyd edək ki, əvvəlki günlərdə yunan-Roma güləşçilərimiz Nihad Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) Avropa birincisi olublar, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci yeri tutublar, Beka Kandelaki (130 kq) üçüncülüklə kifayətlənib.
Qadınların mübarizəsində Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal əldə edib.
Sərbəst güləşçilərdən isə Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata sahib çıxıblar.