Qadınların mübarizəsində bir güləşçimiz yarımfinalda, ikisi məğlub oldu - Dünya çempionatı
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Aysel Məmmədzadə (50 kq) 1/8 finalda türkiyəli Fatma Kızmaza məğlub oldu (0:6).
Nərgiz Səmədova çinli Liuxuan Çenə qalib gəlsə də (18:13), 1/4 finalda monqolustanlı Xaliun Byambasurenə uduzdu (2:6).
Ruzanna Məmmədova polşalı Nikola Vasilevskaya "tuş"la, çinli Yifan Juya 4:0 qalib gələrək yarımfinala yüksəldi. Onun növbəti mərhələdəki rəqibi yaponiyalı Sakura Onişi olacaq.
Yunan-Roma güləşində Tural Əhmədov (60 kq) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlüklə qalib gəldi (9:1) və bürünc medal uğrunda rusiyalı Papik Cavadyan görüşə vəsiqə qazandı.
Ruslan Nurullayev (72 kq) bürünc medal görüşündə çinli Venhao Hu ilə qarşılaşacaq.