Ruzanna Məmmədovadan Avropa çempionatında bürünc medal!

Ruzanna Məmmədovadan Avropa çempionatında bürünc medal!

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, 59 kq çəkidə yarışan təmsilçimiz üçüncü yer uğrunda görüşdə rumıniyalı Ana Mariya Puiuya "tuş"la qalib gəlib.

Bu gün mübarizə aparan digər güləşçilərimizdən Jalə Əliyeva (57 kq) və Elnurə Məmmədova (53 kq) sabah finalda çıxış edəcək.

Şəhanə Nəzərova (50 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıqova (72 kq) isə yarışı mükafatsız başa vurub.