"Sabah" xorvatiyalı üçün 700 min manatdan çox təzminat ödəyəcək
"Sabah" heyətini xorvatiyalı ilə futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, bu barədə Xorvatiyanın “Germanijak” portalı məlumat yayıb.
Bildirilir ki, Azərbaycan klubu Premyer Liqa təmsilçisi "Slaven"in yarımmüdafiəçisi İvan Lepiniça ilə anlaşıb.
Tərəflərin bugünlərdə 2 illik müqavilə bağlayacağı qeyd olunub.
Məlumata görə, "Sabah" 24 yaşlı futbolçunun keçidi üçün Belupo klubuna 400 min avro təzminat ödəyəcək.
“Riyeka”nın yetirməsi ölkəsində “Zadar”da oynadıqdan sonra Almaniyaya yollanıb və 2022/2023-cü illər mövsümünü icarə əsasında 2-ci Bundesliqa təmsilçisi "Arminiya"da keçirib.
2023-cü ildən “Slaven"də çıxış edən Lepiniçanın komandası ilə müqaviləsi 2025-ci il mayın 31-nə qədərdir.
O, Xorvatiyanın U-19, U-20 və U-21 milli komandalarında forma geyinib.