"Heç birimiz nəticənin belə olacağını gözləmirdik" - MUSAYEV

"Heç birimiz nəticənin belə olacağını gözləmirdik" - MUSAYEV

“Qəbələ”nin müdafiəçisi Murad Musayev Mediasport.az saytına müsahibə verib:


"Qəbələ" birinci dövrəni 9-cu pillədə bitirdi - 9 oyuna 7 xal. Uğursuz çıxışın əsas səbəbini nədə görürsüz?

- Düzünü desəm, heç birimiz nəticənin belə olacağını gözləmirdik. Yeni qurulmuş heyətə sahibik. Qarşıdakı oyunlar daha da yaxşı olacaq. Əslində, uğursuz çıxışımızla bağlı böyük səbəb yoxdur. Sadəcə, alınmadı. Ona görə də nəticələr belə oldu.

Ötən mövsüm başa çatan kimi çox futbolçu "Qəbələ"dən ayrıldı və demək olar, yeni heyət quruldu. Bu amil uğursuzluğa nə dərəcədə təsir göstərdi?

- Bəli, komandamızı çox oyunçu tərk etdi. Bu, futbolda normal haldır. Hər biri yaxşı təklif aldı və onlara uyğun müqavilələrə imza atdılar.

Yeni transferlərin komandaya tam uyğunlaşmalarına nə qədər zaman lazımdır?

- Komandaya sonradan qoşulan futbolçular həm yeni ölkəyə gəliblər, həm də yeni çempionatda mübarizə aparırlar. Özlərini göstərə bilməkləri üçün onlara bir qədər zaman lazımdır.

Mömvsümün ilk 4 turunda qapıda Kristof Atanqana dayandı və xal qazanmamışdız. 5-ci turun "Zirə" ilə matçında (1:0) Rəşad Əzizli oynadı, ilk qələbəni əldə etdiz. "Qəbələ"nin təcrübəli futbolçusu kimi, qapıçılarınızın çıxışlarını necə qiymətləndirirsiz?

- Onlar bizim üçün önəmli futbolçulardır. Hər ikisinə də güvənirik. Ümumiyyətlə, “Qəbələ”də bütün oyunçulara şans verilir.

İkinci dövrənin ilk matçında evdə "Araz Naxçıvan"la qarşılaşacaqsız. Premyer Liqanın debütantına mövsümün ilk oyununda məğlub olmuşduz (0:2). Bu rəqiblə növbəti matç barədə fikirləriniz maraqlıdır.

- Həmin oyunun hazırlıqları gedir. Bizi önəmli, vacib oyunun gözlədiyini bilirik. Ağır və çətin oyun olacaq. Mütləq qalib gəlməyi düşünürük.

Azərbaycan yığmasını AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə oyunlar gözləyir. Nə deyə bilərsiz, gözləntiləriniz nədir?

- Milli komandaya uğurlar arzu edirəm!


Rövşən