"Neftçi"nin Müşahidə Şurası rəhbər postu tutan şəxsi işdən çıxardı
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Neftçi"də daha bir dəyişiklik edilib.
Mediasport.az saytına verilən məlumata görə, yeni Müşahidə Şurası Mətbuat xidmətinin rəhbəri Emin Əfəndi ilə yolları ayırıb.
Paytaxt klubunda ötən ilin sentyabrından bu vəzifəni tutan E.Əfəndi artıq ərizəsini yazıb.
Bu postda Rüstəm Allahverdiyevi əvəzləyən Emin Əfəndi yenidən şou-biznes sahəsində fəaliyyət göstərəcək.
Xatırladaq ki, o, uzun illərdir Xalq artisti Miri Yusifin prodüseridir.