Hüseynovun oynadığı bolqar klubu baş məşqçini istefaya göndərdi
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” klubu baş məşqçi Nikolay Kirovu istefaya göndərib.
Mediasport.az xəbər verir ki, Krjali təmsilçisinin rəhbərliyi Avropa Konfrans Liqasına vəsiqə qazana bilməyən 48 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib.
"Arda" avrokuboklara vəsiqə yarışında "ÇSKA 1948"dən 1 xal geri qalıb.
Xatırladaq ki, Cəlal Kirovun bu ilin fevralından rəhbərlik etdiyi komandada 2023-cü ilin yayından oynayır.
Yığmamızın üzvünün bolqarlarla müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.
Azərbaycanın əsas millisinə də dəvət alan Cəlal U-21 yığmamızın kapitanıdır.