"Hələ heç nə həll olunmayıb, "Makkabi"ni favorit sayıram, növbəti mərhələyə keçməliyik"
"Biz, sadəcə, bir oyun keçirmişik. Cavab görüşü var. Konsentrasiyanı saxlamaq lazımdır"
Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.
Xorvatiyalı mütəxəssis Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İsrailin "Makkabi" (Hayfa) klubu üzərində böyükhesablı səfər qələbəsini şərh edib:
"Hər şeydən əvvəl futbolçularımı təbrik edirəm. Onlar yaxşı oynadılar. Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Çünki "Makkabi" əla komandadır. Ancaq hələ heç nə həll olunmayıb. Növbəti mərhələyə keçməliyik. Maksimumu verməli olduğumuzu demişdim. Nə olacaqsa, olacaq. Yenə də "Makkabi"ni favorit sayıram. Amma bunu meydanda göstərmək lazımdır".
Xatırladaq ki, Macarıstanda baş tutmuş qarşılaşmada təmsilçimiz rəqibini darmadağın edib - 3:0.
Cavab görüşü gələn həftə Bakıda keçiriləcək.