Rüfət Quliyevlə Amil Yunanovun Albaniya karyerası 2 ay çəkmədi
Azərbaycan millisinin sabiq forvardı Amil Yunanov Albaniyanın "Biliş" klubundan ayrılıb.
Mediasport.az xəbər verir ki, 31 yaşlı hücumçu ötən ayın 17-də 1 illik müqavilə bağladığı komanda ilə maliyyə məsələlərinə görə yollarını ayırıb.
Amil Superliqa təmsilçisinin heyətində bir oyun keçirdi.
Bir neçə gün öncə azərbaycanlı mütəxəssis Rüfət Quliyevin də analoji səbəbdən "Biliş"dən ayrılığ reallaşmışdı.
Quliyev isə oktyabrın əvvəlində klubun əsas komandasında baş məşqçinin köməkçilərindən biri təyin edilmişdi.
O, eyni zamanda, "Bilis"in U-21 və U-19 komandalarına da nəzarət edirdi.