"Turan Tovuz"un tarixində İLK

"Turan Tovuz"un tarixində İLK

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 10-cu turunda "Sumqayıt"ı məğlub edib (4:2).

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi tarixində ilk dəfə səfərdə 4 qol vurub.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz klubu buna qədər səfərdə keçirdiyi 5 görüşdə üç qol vurub. Rekord Sumqayıtda yenilənib.

"Turan Tovuz" tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub.

Kurban Berdıyevin komandası 2022/23 mövsümündə "Neftçi"ni, ötən çempionatda "Kəpəz"i 4:0 məğlub edib.