İdmançılarımız Asiya Kubokunda 4 qızıl və 3 bürünc medal qazandılar

İdmançılarımız Asiya Kubokunda 4 qızıl və 3 bürünc medal qazandılar

Özbəkistanın paytaxtı Daşkənddə savat üzrə ikinci Asiya Kuboku yarışları keçirilib.

mediasport.az xəbər verir ki, millimiz turnirdə 4 qızıl və 3 bürünc medal qazanıb.

Gənclərin yarışında Məhəmməd Süleymanov (75 kq) qızıl, Mahmud İsmayılzadə (56 kq) isə bürünc medala sahib olublar.

Böyüklərin mübarizəsində Ağadədə Əliyev (75 kq) və Sənan Babazadə (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Beyrək Bağırov (75 kq) və Vüqar Abbasov (80 kq) turniri üçüncü pillədə başa vurublar. Qadınların arasında isə Tutu İsmayılova (48 kq) qızıl medala yiyələnib.

Yığmamız yeddi medalla komanda hesabında üçüncü olub.