Azərbaycan idmançılarından BRİCS Oyunlarında daha 4 medal

Azərbaycan idmançılarından BRİCS Oyunlarında daha 4 medal

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycan daha 4 medal qazanıb.

Koreş idman növü üzrə təmsilçilərimizdən Ariz Hüseynov (60 kq) və Mehdi Həciyev (80 kq) qızıl, Abdulla Şərif (90 kq) və Cəsur Mehdiyev (70 kq) isə bürünc medal qazanıblar.

Bununla da Azərbaycan idmançılarının Oyunlarda qazandığı medalların sayı 21-ə yüksəlib.

Komandamızın hesabında 6 qızıl, 5 gümüş və 10 bürünc mükafat var.