Son çempion Azərbaycan Basketbol Liqasında ilk finalçı olub

Son çempion Azərbaycan Basketbol Liqasında ilk finalçı olub

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan yarımfinalın ikinci görüşündə də "Xırdalan"a qalib gələn "Sabah" adını həlledici duelə yazdırıb - 81:62

Son çempion seriyanın ilk matçında da qələbəyə sevinmişdi - 101:85.

Yarımfinalın digər cütündə sabah "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşacaq.

İlk oyunda "Xəzri" rəqibindən üstün olub - 63:61.