İdmançılarımız İtaliyadakı yüksək titullu yarışda 3 medal qazanıblar

  İdmançılarımız İtaliyadakı yüksək titullu yarışda 3 medal qazanıblar

Azərbaycan idmançıları İtaliyada keçirilən ciu-citsu üzrə yüksək titullu "Grand Slam Rome" yarışında iştirak ediblər.

Mediasport.az xəbər verir ki, Romada baş tutan turnirdə təmsilçilərimiz 3 medala yiyələniblər.

Ramil Muradov "qızıl", Orxan Xəlilov və Sənan Zeynalov "gümüş" qazanıblar.