Azərbaycan çempionatı start götürüb - İlk qaliblər müəyyənləşib
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kq çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib adlarını qazanıblar.
Kişilərdən mübarizəsinə isə çəkisi 55 kq-a qədər olan atletlərlə start verilib. Burada toplam 215 kq (95+150) nəticə ilə Dəniz Cabbarlı qızıl, 162 kq (71+91) nəticə ilə Xəyyam Allahverdiyev gümüş, 160 kq (70+90) nəticə ilə Dəniz Bağırov isə bürünc medala layiq görülüb.