Mübariz Mənsimov əməliyyat edilib, həkim nəzarətindədir

 Mübariz Mənsimov əməliyyat edilib, həkim nəzarətindədir

"Palmali Holding" Şirkətinin İdarə Heyətinin sədri və fəaliyyətini dayandırmış "Xəzər Lənkəran" futbol klubunun sahibi Mübariz Mənsimov əməliyyat olunub.

Mediasport.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

O bildirib ki, Mübariz Mənsimov İstanbuldakı xəstəxanaların birində əməliyyat olunub. Hazırda vəziyyəti stabildir və həkimlərin nəzarəti altındadır.

Şirkət rəsmisi əməliyyat edilən Mübariz Mənsimovun açıqlamasını da paylaşıb:

“Özümü yaxşı hiss edirəm, narahatçılığa heç bir əsas yoxdur. Həkimlər tərəfindən lazım olan bütün tədbirlər görülür. Səhhətimlə maraqlanan və narahat olan hər kəsə təşəkkür edirəm. Yaxşıyam.”