"Qarabağ" bizim bəyənmədiyimiz oyunçularla "Bayer"i məğlub edirdi"

"Qarabağ" bizim bəyənmədiyimiz oyunçularla "Bayer"i məğlub edirdi"

Türkiyənin "TRT Spor" kanalında yayımlanan "Futbol Aklı" verilişində "Qarabağ"dan söz açılıb.

Mediasport.az xəbər verir ki, sözügedən verilişin qonağı Erdal Hoş öncə vətənimiz və dilimiz haqda fikir bildirib.

Sonra isə Ağdam təmsilçisinin cari mövsüm Avropa Liqasındakı çıxışı, "Bayer"ə qarşı ciddi müqavimət göstərməsi müzakirə edilib.

Veriliş davam etdikcə "Qarabağ"ın Almaniya klubu ilə oyunlarından olan görüntülər də tamaşaçıların diqqətinə çatdırılıb.