32 yaşlı futbolçu beyin əməliyyatından sonra vəfat etdi
Yaponiyanın “Tegavaharo Miyazaki” klubunun hücumçusu Masato Kudo dünyasını dəyişib.
mediasport.az xəbər verir ki, Yaponiya milli komandasının keçmiş forvardı müalicə aldığı xəstəxanada vəfat edib.
32 yaşlı Masato bu ayın əvvəli hidrosefaliya ("beyində su") diaqnozu ilə xəstəxanaya yerləşdirilib, beyin əməliyyatından sonra həkimlər onun həyatını xilas edə bilməyiblər.
Kudo yığmanın heyətində 4 oyuna 2 qol vurub.