Azərbaycan milli komandalarının keçmiş baş məşqçisi vəfat etdi

Azərbaycan milli komandalarının keçmiş baş məşqçisi vəfat etdi

Uzun müddət Azərbaycanın müxtəlif yaş qrupları üzrə boks millilərinin baş məşqçisi vəzifəsində çalışmış Şamil Əlimzanov vəfat edib.

MediaSport.az xəbər verir ki, SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi 77 yaşında dünyasını dəyişib.

Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi bu gün Suraxanıdakı Tatar qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Şamil Əlimzanov Ədalət Məmmədov, Fərhad Acalov, Emil Məhərrəmov, Zaur Teymurov və digər bir çox titullu boksçunun məşqçisi olub.