Federasiya açıqladı: 4 güləşçi zəlzələnin qurbanı oldu - RƏSMİ

Federasiya açıqladı: 4 güləşçi zəlzələnin qurbanı oldu - RƏSMİ

Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olanların sayı dayanmadan artır.

mediasport.az xəbər verir ki, 7.7 bal gücündə olan fəlakət sonrası qardaş ölkədə həyatını itirənlərin sayı 13 min nəfərə çatıb, 62 mindən çox yaralı var.

Dağıntılar altından cansız cəsədləri çıxarılanlar arasında çox sayda idmançı var. Qurbanlar sırasında bu dəfə gənc güləşçilər yer alır. Türkiyə Güləş Federasiyasının yaydığı məlumata əsasən, ötən gecə daha 6 idmançının həyatı xilas olunsa da, Əhməd Daş, Mehmet Eskisarılı, Əli Gürsoy və Aslan Ekizi qurtarmaq mümkün olmayıb.

Hazırda dağıntılar altında olan digər güləşçilərin axtarışları davam etdirilir.

Dağıdıcı zəlzələ nəticəsində daha əvvəl "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan, "İskenderunspor"un məşqçisi İbrahim Halil Ölməz, "Kahramanmaraş İstiqlalspor"un futbolçuları - Hakan Doğanla Tanər Kahraman, "Merinos" klubunun qadın və kişi voleybolçuları - ər-arvad olan Betül Çoban Çakırla Bədrəddin Çakır həyatını itirib.