Milli komandanın keçmiş futbolçusunun qəfil ürəyi dayandı
Belçika milli komandasının keçmiş hücumçusu Sedrik Russel dünyasını dəyişib.
MediaSport.az xəbər verir ki, veteran hücumçu 45 yaşında qəfil vəfat edib.
Həkimlərin məlumatına görə, sabiq futbolçunun həyatını itirməsinə ürək tutması səbəb olub.
Russel 2003-cü ildə Belçikanın əsas yığmasında 3 oyun keçirib. "Gent", "Genk", "Sulte Varegem", İngiltərənin "Vulverhempton", İtaliyanın "Breşiya", Rusiyanın "Rubin" kimi komandalarında forma geyinib.