"Qarabağ" stadionun ot örtüyünün dəyişdirilməsinə start verib - FOTO

"Qarabağ" stadionun ot örtüyünün dəyişdirilməsinə start verib - FOTO

"Qarabağ" bir neçə yaş qrupu üzrə komandalarının təlim-məşq bazası və oyun meydançası olan "Sərhədçi" İdman Mərkəzinin futbol meydançasında təmir işlərinə start verib.

Mediasport.az xəbər verir ki, yararsız hala düşən mərkəzin süni örtüyünün dəyişdirilməsinə başlanılıb.

Təmir işlərinin mart ayının sonuna qədər yekunlaşacağı deyilir.

Komandalar müvəqqəti olaraq "Neftçibaza" kimi tanınan Olimpiya idman növləri üzrə yığma komandaların təlim məşq mərkəzində məskunlaşıblar.

Qeyd edək ki, Ağdam təmsilçisinin aşağı yaş qrupları üzrə komandalarının digər yarısı Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydançalarından istifadə edir.



Fotolar "Sportal"a məxsusdur