"Qarabağ"ın rəqibi heyətini 17 yaşlı forvardla gücləndirib
UEFA Avropa Liqasının H qrupunda "Qarabağ"ın rəqibi "Hekken" heyətini yeni futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, İsveç təmsilçisi 17 yaşlı forvard İsak Brusberqlə müqavilə bağlayıb.
Gənc hücumçu ilə anlaşma 3 illik nəzərdə tutulub.
İsveçli istedad Göteborq klubunun akademiyasında yetişib.
Qeyd edək ki, Azərbaycan çempionu ikinci tur çərçivəsində səfərdə "Hekken"ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında ikinci qarşılaşma dekabrın 14-də Bakıda keçiriləcək.