"Belçika milli komandası ilə oyunda da yaxşı nəticə qazanmaq olar"
"Avstriya və Belçika yığmasına məğlub olmağımıza baxmayaraq, yığmamız son oyunlarda yaxşı çıxış edir. İsveçlə oyuna gəlincə, futbolçularımız çox istəkli idilər. Yaxşı mübarizə aparıb layiqli qələbə qazandılar".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının keçmiş məşqçisi Yaşar Vahabzadə deyib.
U-21 yığmamızın sabiq baş məşqçisinin fikrincə, komandamız Belçika ilə maçtda İsveçlə oyunun davamını gətirə bilər:
"Belçikanın son yoldaşlıq oyununa baxmışam. Əsas futbolçularının bir çoxuna istirahət verilmişdi. Komandamız səfərə yaxşı əhval-ruhiyyədə yollanıb. Qısa vaxtda bərpa prossesini uğurlar keçsə bilsək, Belçikaya ilə oyunda da yaxşı nəticə qazanmaq olar".
Qeyd edək ki, qrupda 7 oyuna 7 xal toplayan yığmamız sabah mərhələnin son matçı çərçivəsində Brüsseldə Belçika millisi ilə qarşılaşacaq.