"Qarabağ"ı məğlub edəcək gücdəyik" - İsveçli müdafiəçi
Bu axşam UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Hekken"in müdafiəçisi Yohan Hammar matç barədə gözləntilərini açıqlayıb.
Mediasport.az xəbər verir ki, isveçli futbolçu qələbə şanslarının böyük olduğunu deyib.
Göteborq klubunun 29 yaşlı üzvü bunun üçün bacarıqlarını maksimum göstərməli olduqlarını qeyd edib:
"Avropa Liqası böyük yarışdır, turnirin himnini doğma meydanda eşitmək çox əladır. Bizi güclü rəqibə qarşı oyun gözləyir. Maksimum nəticə qazanmaq üçün imkanımız və potensialımız var. Diqqətli olub vaxtımızı gözləməliyik. "Qarabağ"ı məğlub edəcək gücdəyik. 3 xal qazanmaq istəyirik".
“Ullevi” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.