Seneqal Qambiyaya, Əlcəzair Anqolaya qarşı - Afrika Kuboku

 Seneqal Qambiyaya, Əlcəzair Anqolaya qarşı - Afrika Kuboku

Afrika Millətlər Kuboku turnirinin final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Nigeriya - Ekvatorial Qvineya (1:1) və Misir - Mozambik (2:2) matçları bərabərliklə bitib.

"Qarabağ"ın futbolçusu Patrik Andradenin də formasını geyindiyi Kabo Verde milli komandası Qananı məğlub edib - 2:1.

Bu gün isə C qrupundan 2, D qrupundan 1 görüş keçiriləcək.


Afrika Millətlər Kuboku


C qrupu

18:00 Seneqal - Qambiya

21:00 Kamerun - Qvineya

D qrupu

00:00 Əlcəzair - Anqola