Jalə Əliyeva dünya çempionu oldu!
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan 57 kq çəki dərəcəsində təmsilçimiz əvvəlcə ukraynalı Alina Filipoviçdən güclü olub (7:4).
Jalə növbəti mərhələdə türkiyəli Sevim Akbaşı asanlıqla məğlub edib (10:0).
Yarımfinalda ABŞ güləşçisi Sofiya Makalusonu da üstələyən idmançı həlledici qarşılaşmada yaponiyalı Ruka Natamidən güclü olub - 10:8.
Xatırladaq ki, buna qədər oğlanların mübarizəsində yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.