Azərbaycan millisinin üzvü karyerasını Fransada başa vurdu

Azərbaycan millisinin üzvü karyerasını Fransada başa vurdu

Azərbaycan millisinin yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, 35 yaşlı idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vurduqdan sonra qərarını açıqlayıb.

4-illiyin zirvə yarışında 5-ci yeri tutan idmançımızı bürünc medal uğrunda görüşdə rəqibi Amin Mirzəzadəyə (İran) maraqlı formada təbrik edib.

26 yaşlı pəhləvan Şəriətini çiyninə qaldıraraq dövrə vurub.

Xatırladaq ki, Sabah 2016-cı ildə Rio-de-Janeiroda keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.