Avropa çempionatı: Jalə qızıl, Elnurə gümüş medal qazandı
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız finalda türkiyəli Elvira Kamaloğluna 5:3 hesabı ilə qalib gəlib.
53 kq-da yarışan Elnurə Məmmədova finalda məğlub olaraq gümüş medal qazanıb, 72 kq-da təmsilçimiz Mərziyyə Sadıqova isə yarışl medalsız başa vurub.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan güləşçilərindən Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar.
Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram), Elnurə Məmmədova (53 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) bürünc medala yiyələniblər.