Seçmə mərhələ yekunlaşıb, daha bir iştirakçı məlumdur - AÇ-2024

Seçmə mərhələ yekunlaşıb, daha bir iştirakçı məlumdur - AÇ-2024

Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, son gündə B, D və I qruplarında 7 matç baş tutub və son bir iştirakçı ölkə müəyyənləşib.

Doğma meydanda Ermənistan yığmasını məğlub edən Xorvatiya milli komandası adını qitə birinciliyinin final məhələsinin iştirakçıları sırasına yazırıb.

Daha əvvəl İtaliya, Sloveniya, Çexiya, Serbiya, Niderland, Rumıniya, İsveçrə, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, İspaniya, Belçika, Danimarka, Macarıstan, Türkiyə, Albaniya, Avstriya, Şotlandiya və Slovakiya milli komandaları AÇ-yə vəsiqə əldə ediblər.

Qalan digər iştirakçılar martda keçiriləcək pley-off görüşləri ilə bilinəcək.


AVRO-2024. Seçmə qrup mərhələsi. 10-ci tur


B qrupu

Cəbəllütariq - Niderland 0:6

Yunanıstan - Fransa 2:2

Xal durumu: Fransa – 22, Niderland – 18, Yunanıstan – 13, İrlandiya – 6, Cəbəllütariq – 0.


D qrupu

Xorvatiya - Ermənistan 1:0

Uels - Türkiyə 1:1

Xal durumu: Türkiyə – 17, Xorvatiya – 16, Uels – 12, Ermənistan – 8, Latviya - 3.


İ qrupu

Andorra - İsrail 0:2

Kosovo - Belarus 0:1

Rumıniya - İsveçrə 1:0

Xal durumu: Rumıniya – 22, İsveçrə - 17, İsrail – 15, Belarus – 12, Kosovo – 11, Andorra – 2.