Serbiya nəhəngi Azərbaycan millisinin hücumçusunu istəyir
Türkiyə Superliqası təmsilçisi "Hatayspor"da forma geyinən Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov karyerasını Serbiyada davam etdirə bilər.
Mediasport.az saytına verilən məlumata görə, ölkənin ən köklü və titullu klublarından "Srvena Zvezda" 24 yaşlı forvardı transfer etmək niyyətindədir.
Dadaşovla yaxından maraqlanan Serbiya nəhənginin məşqçilər korpusunun 2 üzvü Türkiyəyə yollanaraq futbolçunu "Fənərbağça" ilə matçda canlı izləyəcək.
Hatay təmsilçisinin heyətində mövsümün sonuna qədər icarədə olacaq Renat "Qrasshopper" klubuna məxsusdur.
"Srvena Zvezda" İsveçrə klubu ilə müqaviləsi isə 2025-ci ilin sentyabrına qədər qədər olan futbolçunun transfer hüququna yiyələnməyi planlaşdırır.
Qeyd edək ki, serblər bu mövsüm UEFA Çempionlar Liqasının G qrupunda mübarizə aparırlar. Rəqibləri "Mançester Siti", "Yanq Boyz" və "Leypsiq"dir.