Azərbaycanın bölgə klubu Liberiya yığmasının üzvünü transfer edib
Bu mövsüm Birinci Liqada iddialı olmağı hədəfləyən "İmişli" heyətini gücləndirməkdə davam edir.
Mediasport.az xəbər verir ki, Əsgər Abdullayevin baş məşqçisi olduğu komanda Liberiya yığmasının üzvü Tonia Tisdelli sıralarına qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.
O, karyerası ərzində Türkiyədə "Ankaraspor", "Karşıyaka", "Ankaragücü", "Mersin", "Şanlıurfaspor", "Osmanlıspor", "Dənizlispor", Kiprdə "Nea Salamis", Misirdə "Enppi" və vətənində "Mayti Baroll" klublarında çıxış edib.
Tisdell milli komandada 10 oyuna 1 qol vurub.