2-ci Liqada ikinci tura start verildi: "Şimal"dan "Ağdaş"a 8 cavabsız qol

2-ci Liqada ikinci tura start verildi: "Şimal"dan "Ağdaş"a 8 cavabsız qol

Dünən Azərbaycan 2-ci Liqasında 2-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 4 qarşılaşma keçirilib.

Son olaraq AFFA Region Liqasında çempionluğu təmin edib liqaya yüksələn "Şimal" Ağdaş klubunu meydana çıxmasına peşman edib.

Turun digər oyunları bu gün baş tutacaq.

Azərbaycan 2-ci Liqası. 2-ci tur

8 sentyabr (bazar)

"Lerik" - "Şəki Siti" 2:1

Hakimlər: İslam Məmmədov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Emin Abdullayev.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Lənkəran OİK stadionu.



"Füzuli" - "Qusar" 2:2

Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Mahal Məmmədov.

Şamaxı OİK stadionu.



"Şimal" - "Ağdaş" 8:0

Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Siyəzən şəhər stadionu.



"Şəmkir" - "Hypers Guba" 2:3

Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elman Musayev.

Şəmkir OİK stadionu.